Ərdəbildə təbii fəlakətdən zərər görən soydaşlarımız əlacsız durumda qalıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadla bildirir ki, söhbət Ərdəbil vilayətinin Germi şəhərinin Qəbələ kəndindən gedir. Bir müddət əvvəl kəndi sel basıb, evlər, soydaşlarımızın təsərrüfatı məhv olub.
Günlər keçsə də onların dərdini dinləyən yoxdur. Molla rejimi hər zaman olduğu kimi yenə azərbaycanlıların problemlərinə biganə yanaşır. Onlara sahib çıxmır. Soydaşlarımız da təngə gəliblər. Deyirlər ki, "Biz dərdimizi kimə deyək? Kimdən kömək istəyək? Bakıdan?"
Görünən odur ki, belə davam edərsə rəsmi Bakı molla rejiminin əsarətində olan azərbaycanlılara sahib çıxmaq üçün addımlar atmaq məcburiyyətində qalacaq!