Göygöldə minik maşını divara çırpılıb, sürücü xəsarət alıb
04 noyabr 2021 08:15 (UTC +04:00)

Göygöldə minik maşını divara çırpılıb, sürücü xəsarət alıb

0

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonunda fəaliyyət göstərən şadlıq sarayların birinin qarşısında qeydə alınıb. 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü  Həsənov Tuncay İbrahim oğlu idarə etdiyi  "Mercedes" markalı minik maşını ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1316

Oxşar yazılar