Göygöldə istirahət mərkəzində yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonunun Topalhəsənli kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 50 m² sahədə və 1 ədəd generator yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.