Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.
1994-cü il təvəllüdlü Kamil Musayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
28 yaşlı kişi xəstəxanaya aparılsa da ölüb.
Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanya yerləşdilib,vəziyyətinin kafi olduğu bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.