Vahid İsayav
15 mart 2022 18:38 (UTC +04:00)

Vahid İsayav

Göyçayın icra başçısının köməkçisi HƏBS EDİLDİ - YENİLƏNİB

0

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev məhkəmə qarşısına çıxarılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. 

Vahid İsayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.

***

14 MART, SAAT 22:38

Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev tutulub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Vahid İsayav Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7896

Oxşar yazılar