Göyçay bələdiyyə sədrinin İsmayıllıda meyiti tapıldı
06 yanvar 2021 22:54 (UTC +04:00)

Göyçay bələdiyyə sədrinin İsmayıllıda meyiti tapıldı

2

Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb. 

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7379

Oxşar yazılar