Goranboyda yol polisinə müqavimət göstərilib
19 yanvar 2021 09:55 (UTC +04:00)

Goranboyda yol polisinə müqavimət göstərilib

Goranboyda polisə müqavimət göstərən şəxs saxlanılıb.

Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 17-də saat 23 radələrində rayonun Qızılhacılı qəsəbəsi ərazisində rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı məlumat daxil olub

Araşdırmalarla Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 25 yaşlı Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanaraq, hadisə yerinə baxış keçirilib. Müvafiq ekspertizalar təyin olunaraq, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 1230
avatar

Mehman Nəbiyev

Oxşar yazılar