Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü
26 aprel 2026 21:40 (UTC +04:00)

Goranboyda yeniyetməni cərəyanı vurub öldürdü

0

Goranboyda bədbəxt hadisə nəticəsində yeniyetmə həyatını itirib.

Lent.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində yerləşən dəmir yolu stansiyasında qeydə alınıb.

Şəhər sakini, 2014-cü il təvəllüdlü S. Ramazanov dayanmış yük qatarının üzərində olarkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar