Goranboyda qəza: 6 YARALI-FOTO -YENİLƏNİB
26 iyul 2023 04:21 (UTC +04:00)

Goranboyda qəza: 6 YARALI-FOTO-YENİLƏNİB

0

Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, avtomobilin sürücüsü qadın olub.
 

***

04.15

Goranboyda qəzada xəsarət alanların sayı altıya çatıb.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***

02.05

Xəbərə foto əlavə edilib.

***

01.07

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3731

Oxşar yazılar