Goranboyda "Naz Lifan" dayanan maşına çırpıldı, ölən var
08 iyun 2023 12:40 (UTC +04:00)

Goranboyda "Naz Lifan" dayanan maşına çırpıldı, ölən var

0

Goranboyda ölümlə nəticələnən qəza olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 6-da saat 11 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini V.Salahov idarə etdiyi “Naz-Lifan” markalı avtomobili yolun kənarında dayanan “İsuzu” markalı avtomobilə vurub.

Nəticədə “Naz-Lifan” markalı avtomobilin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2184

Oxşar yazılar