Goranboy rayon prokurorluğu Tapqaraqoyunlu kənd sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın xəbərinə görə, məlumatda deyilir:
“Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.
***
21.36
Goranboy sakini Vüqar Məmmədovun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, o, kəndin kənarında yerləşən şəxsi təsərrüfatında qoyun otararkən minaya düşüb.
***
21.10
Goranboy sakini minaya düşüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. O, xəstəxanaya yerləşdirilib, ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.