Goran -Tərtər yolunda qəza:  Yaralılardan biri Gəncəyə çatdırıldı...
03 oktyabr 2021 20:21 (UTC +04:00)

Goran -Tərtər yolunda qəza: Yaralılardan biri Gəncəyə çatdırıldı...

0

Goran -Tərtər avtomobil yolunun Məşədiqaralar kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan iki nəfər – Samux rayon sakini, 1984-cü il təvəllüdlü Nəbiyeva Elnurə Ruzvet qızı və Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Mirzəyev Canbala Kamil oğlu xəstəxanaya yerləşdiriliblər.

Sağlamlıq durumu daha ciddi olan Elnurə Nəbiyeva Gəncədəki klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2505

Oxşar yazılar