“Google”nun ofisində ŞOK:  Baş mühəndis   İNTİHAR etdi
08 may 2023 18:33 (UTC +04:00)

“Google”nun ofisində ŞOK: Baş mühəndis İNTİHAR etdi

0

31 yaşlı yüksək səviyyəli “Google” proqram mühəndisi Nyu-Yorkda ofis binasının 14-cü mərtəbəsindən yıxılaraq ölüb. 

Lent.az bildirir ki, “New York Post”un məlumatına görə, bu, son vaxtlar bu şirkətin əməkdaşının ikinci intiharıdır.

Bildirilir ki, adı açıqlanmayan şəxs gecə saat 23:30 radələrində Səkkizinci prospekt 111 ünvanının 14-cü mərtəbəsindən yıxılıb. Hadisə yerinə gələn polis kişini huşsuz vəziyyətdə aşkar edərək onu Bellvyu xəstəxanasına aparıb, həkimlər onun öldüyünü bildiriblər. Polis 14-cü mərtəbədəki açıq terrasın kənarında mərhumun əl izlərini də tapıb. Müstəntiqlər hadisə ilə bağlı heç bir qeyd və ya video mesaj tapmayıblar.

Google”nun ictimaiyyətlə əlaqələr üzrə meneceri Aleks Cozef deyib: “İşçilərimizdən birinin iştirakı ilə baş verən bu faciəvi hadisə bizi çox kədərləndirib”.

Fevral ayında Manhettendəki mənzil-qərargahda işləyən başqa bir “Google” əməkdaşı ölüb: 33 yaşlı Ceykob Pratt “Google” ofisinin yaxınlığında yerləşən mənzilində ölü tapıldı. Polisin məlumatına görə, ölüm açıq-aşkar intihar nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1923

Oxşar yazılar