Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlanıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhər sakini K.Səfərovun karantin rejimi qaydalarını pozaraq evində qızına nişan mərasimi təşkil etdiyi müəyyənləşdirilib. Məclisdə iştirak edənlər rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub. 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Astara rayon Məhkəməsinə göndərilib.