Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsi əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı rayon Polis Şöbəsinə polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Gizli kafe işlədən qadın və müştərilər tutuldu
Oxşar yazılar

Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 , 17:54
Polislə intim münasibətdə olan müstəntiq intihar etdi
20 avqust 2025 , 17:12
Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
20 avqust 2025 , 17:01
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü
20 avqust 2025 , 16:43
"Vasmoy" bazarında ÖLÜM
20 avqust 2025 , 15:31