Gəncədə üç tələbəni avtomobil  vurdu   - FOTO
17 mart 2022 01:14 (UTC +04:00)

Gəncədə üç tələbəni avtomobil vurdu - FOTO

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub.

Hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub.

Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Arif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bəədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlardan Rzayev Eltunun vəziyyəti ağırdır.

Məlumata görə, piyadalar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2129

Oxşar yazılar