Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-nın yerli bürosuna istinadla məlumatına görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb.
Hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən “UAZ” markalı avtomobil Gəncə şəhər təcili tibbi yardım maşını olub.
Faktla bağlı araşdırma aparılır.