Gəncədə qadın sirkə turşusundan zəhərlənib
03 oktyabr 2021 08:06 (UTC +04:00)

Gəncədə qadın sirkə turşusundan zəhərlənib

0

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

2001-ci il təvəllüdlü Farina Samir qızı Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, gənc qadın əsəbiləşərək sirkə turşusu içib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2145

Oxşar yazılar