Gəncədə kişi özünü məhkəmənin qarşısında yandırdı
14 fevral 2023 18:43 (UTC +04:00)

Gəncədə kişi özünü məhkəmənin qarşısında yandırdı

Gəncə sakini özünü yandırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.

Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Oxşar yazılar