Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü qadın bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.