Gəncədə evə basqın - ev sahibi yaralandı
08 aprel 2022 23:01 (UTC +04:00)

Gəncədə evə basqın - ev sahibi yaralandı

Gəncədə evə basqın edən şəxs ev sahibinə xəsarət  yetirib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. 

Həmin ünvanda olan mənzilə girən naməlum şəxs və ya şəxslər ev sahibi Rəşid Abbasovun baş nahiyəsinə kəsici alətlə xəsarətlər yetiriblər. Daha sonra yaranan səs-küyə görə basqınçı və ya basqınçılar evdən qaçıblar. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Rəşid Abbasov Gəncə hadisələrində qətlə yetirilən GŞBPİ-nin Nizami rayon Polis idarəsinin rəis müavini mərhum  Səməd Abbasovun qardaşdır. R.Abbasovun digər qardaşı İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi HacıTahir Abbasovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Oxşar yazılar