Gəncədə  dəhşət:   kişi balta və armaturla həyat yoldaşını döydü
02 mart 2025 01:10 (UTC +04:00)

Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.

Lent.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

Məlumata görə, Abdıyev Elxan Vaqif oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Abdıyeva Humay Gəray qızına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. O, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinı çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.

O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.

Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.

Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Cütlüyün Məzahir(12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.

Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2530

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43