Gəncədə bıçaqlanma baş verib.
Lent.az-ın məlumatına görə, 55 yaşlı E.Huseynov və onun həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə yardım edilib və onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisəni E.Huseynovun bacısı oğlu törədib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, R. Abbasov salxanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.