Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhəri Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü, Hüseynov Səfər İbrahim oğlu idarə etdiyi “Kia Ceed” markalı avtomobil ilə 1967- ci il təvəllüdlü, İsmayılov Malik Mirzə oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub. Daha sonra idarə etməni itirərək yolu keçən piyada 1983-cü il təvəllüdlü, Babayeva Firuzə Yusif qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər BPİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.