Gəncədə 15 min manatlıq oğurluq edən saxlanıldı
13 oktyabr 2021 13:22 (UTC +04:00)

Gəncədə 15 min manatlıq oğurluq edən saxlanıldı

Gəncədə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki bir evdən 560 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları, bir qarajdan 6000 manat dəyərində 1000 metr naqil, bir evdən 2900 manat dəyərində televizor, bir yarımtikilidən 1850 manat dəyərində təmir-tikinti alətləri və  elektrik naqili, bir evdən isə 2000 manat dəyərində kombi aparatı və 54 ədəd istilik radiatoru oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar