Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
2002-ci il təvəllüdlü Rəfayev Fuad Əhməd oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.