Mingəçevirdə intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Kür çayının Sahil park adlanan ərazisindən keçən hissəsində baş verib.
35 yaşlı Abışov Elvin Füzuli oğlunun asılmış meyiti tapılıb.
Onun hansı səbəbdən özünü öldürdüyü hələlik bilinmir.
Qeyd edək ki, E. Abışov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.
Elvin Abışov