Gədəbəydə avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Novo Saratovka-Şınıx yolunda qeydə alınıb. 24 yaşlı Tapdıqov Nurlan Səməd oğlu idarə etdiyi atasına məxsus maşınla yolu keçən Nüşabə Əsgərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.