Gədəbəydə intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə İnəkboğan kəndində baş verib. 55 yaşlı Məmmədov Sahib Yunus oğlu yaşadığı evin həyətində üzərinə neft məhlulu tökərək özünü yandırıb.
Məmmədov Sahib Yunus oğlu başın, boyunun və hər iki yuxarı ətrafın II- III dərəcəli termiki yanıqları xəsarətləri ilə Gədəbəy mərkəzi rayon xəstəxanasına daxil olub və hal-hazırda vəziyyəti ağırdır.
Hazırda faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.