Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ
12 may 2021 18:20 (UTC +04:00)

Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ

Mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Oxşar yazılar