Gədəbəydə kişi bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın məlumatına görə, hadisə Qala kəndində, Yoğdu dağ adlanan ərazidə qeydə alınıb.
Rayon sakini 55 yaşlı Yaqub Qələndər oğlu Yolçuyev dağdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, Y.Yolçuyev dağdan kəklikotu yığırmış.
Faktla bağlı araşdırma aparılır.