Gecə saatlarında işləyən kafe
22 aprel 2021 12:55 (UTC +04:00)

Gecə saatlarında işləyən kafe

Gecəyarı kafelərdə ƏMƏLİYYAT - FOTO

Şəkidə gecə saatlarında fəaliyyət göstərən iki obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki “BMW” adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub. Həmin obyektlərin icarədarları- Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

# 1341
avatar

Mehman Nəbiyev

Oxşar yazılar