“Gazanc Tiktok” saxlanıldı  - POLİS ŞİKAYƏTÇİLƏRİ AXTARIR
17 iyun 2025 17:43 (UTC +04:00)

“Gazanc Tiktok” saxlanıldı - POLİS ŞİKAYƏTÇİLƏRİ AXTARIR

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb.  

O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. 

Faktlarla bağlı araşdırma aparılır.

F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494

Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri  ilə bağlı tapşırıq verdi

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi

8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56