Bu gün səhər saatlarında Yeni Zelandiyanın Oklend şəhərinin mərkəzi biznes rayonunda, Norveç və bir sıra digər ölkələrin milli komandalarının futbolçularının qaldığı otelin yaxınlığında iki nəfəri qətlə yetirənin kimliyi məlum olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, 24 yaşlı Matu Tanqi Matua Riddir.
Mənbənin məlumatına görə, Rid əvvəllər məişət zorakılığı ittihamı ilə məhkum edilib. O, həmçinin əvvəllər “sərhəd şəxsiyyət pozğunluğu” diaqnozu səbəbindən qəzəblə mübarizə kursu tələb edilib. Bugünkü hücumdan sonra o, öldürülüb.
Daha əvvəl FİFA-nın atışmaya baxmayaraq turniri ləğv etməyəcəyi bildirilib.
Xatırladaq ki, dünya çempionatının 1-ci turunun oyununda Norveç yığması Yeni Zelandiya ilə qarşılaşacaq. Qarşılaşma bu gün baş tutacaq.
Qadınlar arasında dünya çempionatı 2023 iyulun 20-dən avqustun 20-dək keçiriləcək. Turnirin hazırkı qalibi ABŞ milli komandasıdır.