“Ford” buzlu yolda “Qazel”ə və “Mercedes”ə çırpıldı – 2 YARALI
16 yanvar 2024 02:39 (UTC +04:00)

“Ford” buzlu yolda “Qazel”ə və “Mercedes”ə çırpıldı – 2 YARALI

0

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza magistral yolun 15-ci kilometrliyində qeydə alınıb. Buz bağlamış yolda hərəkət “Ford”un sürücüsü kəskin idarəetməni itirərək avtomobili yol kənarında dayanan “Qazel”ə və “Mercedes” markalı minik avtomobilinə çırpıb.

Hadisə  nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. Yaralılardan biri xəstəxanaya aparılıb. 

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5430

Oxşar yazılar