“Ford” aşdı, Bakının çıxışında tıxac yarandı-FOTO
06 iyun 2023 01:41 (UTC +04:00)

“Ford” aşdı, Bakının çıxışında tıxac yarandı-FOTO

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, “Ford Tranzit” markalı yük avtomobilin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Nəticədə avtomobildəki süd məhsulları yola dağılıb. 

Qəzaya görə yolda sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. 

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Qəza zamanı xəsarət faktı qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

# 1875
avatar

Oxşar yazılar