Filarmoniyada ƏMƏLİYYAT:  həbs edilən var - YENİLƏNİB
09 iyul 2024 10:20 (UTC +04:00)

Filarmoniyada ƏMƏLİYYAT: həbs edilən var - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Lent.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyi həmin məsələ ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

***

4 iyul, saat 18:03

Mədəniyyət Nazirliyi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi xəbərini təsdiqləyib.

Lent.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

***

saat 17:00

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Lent.az-ın "demokrat.az"a istinadən məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi barədə xəbər nə təsdiq, nə də ki təkzib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10575
avatar

Oxşar yazılar