FHN xilasediciləri Kahramanmaraşda daha 2 meyiti dağıntılar altından çıxardı
09 fevral 2023 10:25 (UTC +04:00)

FHN xilasediciləri Kahramanmaraşda daha 2 meyiti dağıntılar altından çıxardı

Fövqəladə Hallar Nazirliyinin cevik xilasetmə qüvvələri tərəfindən Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ baş verən ərazidə səhər saatlarında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən daha iki nəfərin meyiti dağıntılar altından çıxarılıb.

# 1266
avatar

Oxşar yazılar