Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.
200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
***
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi növbəti humanitar yardımı qardaş ölkəyə çatıb.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, humanitar yardım 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə Kahramanmaraşa çatıb.
Yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.