16 fevral 2021- ci il tarixində Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərində yerləşən körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, həmin vaxt təsadüfən ərazidə olan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmmədov Dosməmməd Qəhrəman oğlu heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.
***
Saat 18:39
Mingəçevirdə intihara cəhd olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 29 yaşlı Ə.L. özünü körpüdən Kür çayına atıb.
Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.