Yanvarın 6-dan 14-dək Balakən şəhəri ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.