Kalininqradda 22 yaşlı bəy 16 yaşlı qızı qaçıraraq Özbəkistana aparmağa cəhd edib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “İmperial Park” atçılıq klubunun əməkdaşı evlənmək üçün gənc atlı qızı seçib və onu vətəninə aparmağı planlaşdırıb. Ancaq qız həmin oğlanla ilə heç yerə getmək istəməyib.
Avqustun 29-da gənc oğlan sevgilisini klubun girişində gözləyərək, onu bıçaqla hədələməyə başlayıb və özü ilə birlikdə Xrabrovo hava limanına getməyi tələb edib.
Hava limanında zərərçəkən işçilərə kömək üçün işarə verə bilib. Daha sonra bəy miqrasiya xidməti tərəfindən saxlanılıb.