Qəbələdə fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.