Evində narkotik yetişdirən polis işdən qovuldu
02 mart 2024 11:01 (UTC +04:00)

Evində narkotik yetişdirən polis işdən qovuldu

Rusiyanın Voloqda vilayətində polis məmuru evində narkotik maddə yetişdirib. Bu barədə vilayət üzrə İstintaq İdarəsi məlumat yayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 30 yaşlı polisə qarşı satış məqsədi olmadan külli miqdarda narkotik vasitənin qanunsuz hazırlanması, saxlanması və narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlı iş açılıb. Həmin şəxs aktiv polis əməkdaşı olub və eyni zamanda qadağan olunmuş maddə əldə etmək üçün bitki yetişdirib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, şübhəlinin yaşadığı ünvanda 23 kolu narkotik vasitə olan sirr aşkar edilərək götürülüb.

“Əməkdaş neqativ əsaslarla daxili işlər orqanlarından xaric edilib və qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq. Onun rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

# 39264
avatar

Oxşar yazılar

Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56
Dələduzlar professoru da  bu üsulla aldatdılar

Dələduzlar professoru da bu üsulla aldatdılar

11 may 2024 , 17:44
Azərbaycanda güclü zəlzələ  oldu

Azərbaycanda güclü zəlzələ oldu

11 may 2024 , 17:36
Axtarışda olan rəis müavini  aeroportda saxlanıldı

Axtarışda olan rəis müavini aeroportda saxlanıldı

11 may 2024 , 16:21
Sumqayıtda gənc qızı maşın vurub öldürdü

Sumqayıtda gənc qızı maşın vurub öldürdü

11 may 2024 , 15:32
Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

11 may 2024 , 15:25
Bakının mərkəzində satıcı qarət olundu

Bakının mərkəzində satıcı qarət olundu

11 may 2024 , 14:03
Təlimdən qayıdan polis faciəli şəkildə  öldü

Təlimdən qayıdan polis faciəli şəkildə öldü

11 may 2024 , 13:12