Xəyal Talıbov
05 oktyabr 2021 12:24 (UTC +04:00)

Xəyal Talıbov

Evində külli miqdarda narkotik aşkarlandı

Şabran rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Lent.az-a bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əzəmət Həkimov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, xaşxaş bitkisindən kustar üsulla alınmış tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və xeyli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

# 1503
avatar

Oxşar yazılar