Kalininqrad vilayətində kişi quldurluqda və seksual xarakterli zorakılıqda şübhəli bilinir.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 19-da baş verib. Yerli sakin iki qızın olduğu mənzilə girib. O, qızları bıçaqla hədələyərək iki ədəd “iPhone-11”, noutbuk, içərisində sənədlər və pul olan çantaları götürüb. Sonra qızlardan birinə təcavüz edib.
Məlumata əsasən, cinayətkarın oxşar cinayətlərə görə əvvəllər də məhkumluğu olub. Həmin şəxs polis tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, təqsirini inkar edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.