Kolorado ştatının Leykvuda şəhərində bir kişi qanunsuz olaraq ev heyvanı kimi saxladığı Arizona kərtənkələsi tərəfindən dişləndikdən sonra ölüb.
Lent.az bildirir ki, bu barədə CNN şəhər administrasiyasına istinadən məlumat yayıb.
Bildirildiyinə görə, kərtənkələ hücumu fevralın 12-də baş verib. Dərhal xəstəxanaya çatdırılan şəxs fevralın 16-da orada ölüb. Həkimlər telekanala ölümün səbəbi ilə bağlı açıqlama verməyiblər.
Onun evində iki zəhərli kərtənkələ və 26 hörümçək tapıldığı qeyd edilir. Onların hamısı müsadirə edilib.
Arizona kərtənkələsi, Arizona və Kaliforniya ştatlarında yaşayan kərtənkələ növüdür. Onların uzunluğu 60 santimetrə qədər olur.