Bakıda ev tikmək adı ilə insanlardan ümumilikdə 19 min manat pul alan Mirağa Miriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Xatırladaq ki, İmişli rayon sakini 54 yaşlı Miriyev Mirağa Miri oğlu bir çox şəxslərdən ümumilikdə 19.000 manatdan çox pul alıb və onlara ev tikdirəcəyini vəd edib. Lakin dələduzluq ilə varlanmaq istəyən Mirağa polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) təqsirli bilinir.