Ev əşyalarını eyvandan tullayan  QADIN POLİSƏ ÇAĞIRILDI
27 oktyabr 2021 21:31 (UTC +04:00)

Ev əşyalarını eyvandan tullayan QADIN POLİSƏ ÇAĞIRILDI

Abşeronda ev əşyalarını eyvandan tullayan qadın polisə dəvət olunub.

Lent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib. 

O bildirib ki, 43 yaşlı qadını Abşeron rayon Polis İdarəsinin əməkdaşları həkim nəzarəti ilə idarəyə dəvət ediblər: "Hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır. Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. 

Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb".

# 5979
avatar

Oxşar yazılar