İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısıın buraxdığı dəm qazı səbəbindən zəhərlənib.
Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, 2 gün öncə əsgəri xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.